525.Az

İtkin düşən neftçilərin axtarışında ailə üzvləri də iştirak edib - Video


 

İtkin düşən neftçilərin axtarışında ailə üzvləri də iştirak edib - <b style="color:red">Video </b> Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri müraciət edərək axtarış əməliyyatında iştirak etmək istədiklərini bildiriblər.

525.az-ın məlumatına görə, müraciət Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib.

Bununla əlaqədar olaraq, həmin şəxslər bu gün FHN-in 2, “AZAL” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.

 





29.12.2015    çap et  çap et