525.Az

"Kinomuzda Anar fenomeni" işıq üzü görüb


 

"Kinomuzda Anar fenomeni" işıq üzü görüb<b style="color:red"></b>

"Elm və təhsil" nəşriyyatında tanınmış kinoşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun "Kinomuzda Anar fenomeni" adlı kitabı nəşr olunub.
 
Kitabın redaktoru və önsözün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

Müəllif bu yeni kitabında Xalq yazıçısı, görkəmli kino xadimi Anarın ssenariləri əsasında onun özünün və digər rejissorların çəkdikləri həm sənədli, həm də bədii filmləri geniş təhlil edib, onun Azərbaycan ekran sənətinə gətirdiyi yenilikləri, film yaratmaq məharətinin, ekran estetikasının prinsipial xüsusiyyətlərini araşdırıb, "kinematoqrafçı Anar" fenomeninin mahiyyətini açıqlayıb.

Əlisəfdər Hüseynov, ümumiyyətlə istər ssenarist, istərsə də rejissor kimi Anarın kino tariximizdəki yerini müəyyənləşdirməyə çalışıb, elmi-nəzəri əhəmiyyət daşıyan bir sıra mühüm nəticələrə gəlib.

Kitabın sonunda kino estetikasının müxtəlif problemləri ətrafında Anarla geniş müsahibə verilib.

 





29.12.2015    çap et  çap et