525.Az

"Ziyalı ünsiyyəti"ndə Sara Oğuz yad edilib


 

"Ziyalı ünsiyyəti"ndə Sara Oğuz yad edilib<b style="color:red"></b>

Dekabrın 28-də "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi (İB) öz davamlı "Ziyalı ünsiyyəti" layihəsi çərçivəsində növbəti görüşünü keçirib.

Ttədbir Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi Sara Oğuz Nəzirovanın doğum gününə həsr olunub.

Tədbiri təşkilatın sədri Solmaz Əmirli açaraq, Sara Oğuzun unikal şəxsiyyətindən və zəngin yaradıcılığından danışıb.

Sara xanımın xatirəsinin işığına yığışanlar onun ssenarisi əsasında rejissor Şamil Nəcəfzadənin çəkdiyi "Mən gözəlliyi seçdim..." filmini seyr ediblər.

Çıxış edənlər Sara Oğuzun ədəbi yaradıcılığından söz açıblar. Onun ilk hekayələrindən istedadlı qələm sahibi olduğunu, "Bayat oxşaması", "Beton evdən yazılar", "Köhnə kişi", "Qədir gecəsi", "Xan yolu" və onlarca başqa hekayəsi ilə ədəbiyyatımıza qeyri-adi istedad kimi daxil olduğunu söyləyiblər.

Tənqidçi Bəsti Əlibəyli çıxış edərək, Sara Oğuzu ədəbiyyatımızın çox ciddi simalarından biri adlandırıb, onun təmənnasız şəkildə özünü ədəbiyyata və incəsənətə həsr etmiş fədakar şəxsiyyət olduğunu söyləyib.

Sonda Sara Oğuzun qohumları onun xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər.

 





30.12.2015    çap et  çap et