525.Az

Spiker Aytən Mustafayevanı qınadı: "Çıxış edəndə bilin ki..."


 

Spiker Aytən Mustafayevanı qınadı: "Çıxış edəndə bilin ki..."<b style="color:red"></b>

Millət vəkili Aytən Mustafayeva parlamentin dünənki iclasında təhsil problemlərindən danışıb.
 
O qeyd edib ki, kənd yerlərində, xüsusilə də biz Nardaran hadisələrində şahidi olduq ki, uşaqlar 10-11 yaşından sonra məktəbə getmir:
 
"Uşaqlarımız təhsildən yayınırlar. Həm də Nardaran hadisələri göstərdi ki, təhsilə ciddi fikir verməmək nələrə gətirib çıxarır. Tək təhsildə yox, uşaqların asudə vaxtında da ciddi problemlər yaşanır. Onlar avara qalırlar. Azərbaycanda bu qədər idman kompleksləri tikilib. Amma orada uşaqların iştirakı sıfır dərəcəsindədir.

Fikir versək, Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boylu olurlar. Amma bizim əsgərliyə gedən gənclərimizə baxsaq, onlar uşaq kimi görünürlər, cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?".

Millət vəkilinin çıxışı spiker Oqtay Əsədovu özündən çıxarıb və o, millət vəkili sərt şəkildə tənqid edib.
 
"Siz elə danışırsınız ki, guya Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxış edəndə bilin ki,  harada çıxış edirsiniz. 

Eyni zamanda idmançıların boyundan danışdınız. Bizim idmançılarımız mötəbər yarışlarda çıxış  edirlər, uğur qazanırlar. Xahiş edirəm ki, çıxışlarınızda belə məsələlərə diqqət edin".

Kamil HƏMZƏOĞLU

 





30.12.2015    çap et  çap et