525.Az

“Elm haqqında” qanun layihəsi təkmilləşdirilir


 

İSA HƏBİBBƏYLİ: "QANUN LAYİHƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ İLƏ YANAŞI, AZƏRBAYCAN ELMİ MÜHİTİNİN ƏNƏNƏLƏRİ VƏ REALLIQLARI NƏZƏRƏ ALINIB"

“Elm haqqında” qanun layihəsi təkmilləşdirilir<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycanda "Elm haqqında" qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində iş aparılır.

Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsində müzakirələr davam edir. Məqsəd təkmilləşdirilmiş qanun layihəsini 2-ci oxunuş üçün parlamentin yaz sessiyasına təqdim etməkdir.

Məsələylə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, "Elm haqqında" qanun layihəsində elmi dərəcəyə malik yüksək ixtisaslı mütəxəssis hazırlığı prosesində istiqamətləndirmə, tənzimləmə və monitorinq funksiyalarının həyata keçirilməsi məsələləri zəruri müddəalar sırasında dayanır.
 
Onun sözlərinə görə, beynəlxalq təcrübədə də bu prosesin idarə olunması fərqli aspektlərdən olsa da mütləq yerinə yetirilir:

"Elmi ad qazanmağın şərəfi ilə yanaşı, məsuliyyətini yaşamaq, elmi kadrların formalaşdırılması proseslərini tənzimləmək üçün həmin mərhələni keçmək mühüm əhəmiyyətə malikdir".

İ.Həbibbəyli hesab edir ki, yeni müstəqillik qazanmış ölkələrdə, o cümlədən, Azərbaycanda qeyd edilən vəzifələrin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi baxımından müvafiq icraedici orqanın, Ali Attestasiya Komissiyasının fəaliyyəti xüsusilə zəruridir:
 
"Ona görə də "Elm haqqında" Qanun layihəsinin  təkmilləşdirilmiş yeni redaksiyasında da elmi dərəcələrə malik yüksək ixtisaslı mütəxəssis hazırlığının təşkil edilməsi üçün beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycan elmi mühitinin ənənələri və reallıqları nəzərə alınıb".

Ceyhun ABASOV

 





30.12.2015    çap et  çap et