525.Az

İTV əməkdaşları üçün yaşayış binası istifadəyə verildi


 

ƏLİ HƏSƏNOV: "BİNANIN İSTİFADƏYƏ VERİLMƏSİ TELEVİZİYADA İŞLƏYƏN İNSANLARA BAYRAMLAR ƏRƏFƏSİNDƏ SEVİNC BƏXŞ ETDİ"

İTV əməkdaşları üçün yaşayış binası istifadəyə verildi<b style="color:red"></b>

Dekabrın 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları üçün yeni inşa edilən kooperativ yaşayış binası istifadəyə verilib.

"Azərtac" xəbər verir ki, rəmzi açılışı bildirən lent kəsildikdən sonra binada yaradılmış şəraitlə tanışlıq olub.
Məlumat verilib ki, 16 mərtəbəli, 172 mənzilli binada sakinlər üçün hər cür şərait yaradılıb.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin jurnalistlərə diqqət və qayğısından, onların mənzil şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən söhbət açıb.
 
Əli Həsənov bu binanın istifadəyə verilməsinin televiziyada işləyən, o cümlədən, jurnalistika sahəsi ilə bağlılığı olan insanlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində sevinc bəxş etdiyini deyib. Prezidentin köməkçisi yeni mənzillərin sakinlərini təbrik edib.

 





30.12.2015    çap et  çap et