525.Az

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik


 

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik <b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib.

Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin yeddinci abzası aşağıdakı redaksiyada verilsin: “Əlahiddə Çevik Polis Alayı və digər nizami polis hissələri”.

 





30.12.2015    çap et  çap et