525.Az

"Mersin İdman Yurdu" "Qarabağ"a rəsmi təklif göndərdi


 

"Mersin İdman Yurdu" "Qarabağ"a rəsmi təklif göndərdi<b style="color:red"></b>

Türkiyənin "Mersin İdman Yurdu" klubu azərbaycanlı futbolçu Qara Qarayevlə Tural Rzayevin klublarına rəsmi təklif göndərib.

Bu barədə Mersin komandasının baş məşqçisi Bülent Qorxmaz məlumat verib.

47 yaşlı mütəxəssis bildirib ki, ötən gün keçirdiyi görüşdə klub rəhbərliyindən "Qarabağ"ın müdafiəçisi ilə "Sumqayıt"ın hücumçusunun alınmasını istəyib: "Mən məsələni qəti qoydum. Dedim ki, Qarayevlə Rzayev mütləq alınmalıdır. Rəhbərlik də hər iki futbolçunun klubuna rəsmi müraciət göndərəcəklərini bildirdi. Məndə olan məlumata görə, müvafiq sənəd bu gün Azərbaycan klublarına ünvanlanıb".

B.Qorxmazın sözlərinə görə, Qarayevlə Rzayevin transferi yanvarın 4-də "Mersin İdman Yurdu"nda keçiriləcək Hesabat-Seçki Konqresindən sonra rəsmiləşə bilər: "Hazırda bu vəzifəyə yeganə namizəd elə hazırkı prezident Ali Kahramanlıdır. O, elə ilk konqresdəcə yenidən seçilsə, hər iki futbolçunun alınması yönündə danışıqları tamamlayacağıq".

Qeyd edək ki, Bülent Qorxmaz vaxtilə "Bakı"nın baş məşqçisi olub.

Report

 





31.12.2015    çap et  çap et