525.Az

Bakıdan bir sıra xarici aviareys təxirə salınıb


 

Bakıdan bir sıra xarici aviareys təxirə salınıb<b style="color:red"></b>

Bu gün Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava limanından bir sıra istiqamətlər üzrə uçuşlar təxirə salınıb.

Aeroportdan "Report"a verilən məlumata görə, bu gün üçün Moskva, Dubay, Naxçıvan və İstanbula nəzərdə tutulan aviareyslər Yeni il bayramı ilə əlaqədar yerinə yetirilməyəcək. Bu reyslərin ilk üçü "Azərbaycan Hava Yolları", sonuncusu isə "Türk Hava Yolları"na məxsus olan aviareysdir.

Bildirilib ki, təxirə salınan reyslərlə bağlı öncədən sərnişinlərə məlumat verilib.

Artıq 2 yanvar 2016-cı il tarixindən aviareyslər adi qrafiklə yerinə yetiriləcək.

 





31.12.2015    çap et  çap et