525.Az

Siçana görə təyyarə yerə endi


 

Siçana görə təyyarə yerə endi<b style="color:red"></b>

Mumbaidən Londona uçan “Air İndia”ya məxsus təyyarənin göyərtəsində sərnişinlər gördükləri siçana görə həyəcan keçirdiklərindən hava gəmisi yerə enməli olub.

Modern.az-ın xarici mediaya istinadən bildirdiyinə görə, ekipaja siçanla olması haqda xəbər veriləndə təyyarə İran üzərində uçurmuş. Hava şirkətinin nümayəndələri bəyan ediblər ki, təyyarə dezinfeksiya ediləcək.

Qeyd edək ki, iyul ayında da “Air İndia”nın Milana uçan təyyarəsi havaya qalxdıqdan bir saat sonra göyərtədə guya siçan olması səbəbindən Dehliyə geri qayıdıb. Ancaq hava limanında təyyarədə heç nə tapılmayıb.

Siçovullar təyyarə üçün çox təhlükəlidirlər, onların naqilləri gəmirməsi çox böyük qəzalara səbəb ola bilər.

 





31.12.2015    çap et  çap et