525.Az

​Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib


 

​Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib<b style="color:red"></b>

Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib.

Bu barədə "Report"a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib.

Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.

Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlayıb.

Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilib.

 





31.12.2015    çap et  çap et