525.Az

"Sizi dünyalar qədər sevirdim" filmi- Həzi Aslanov-103


 

"Sizi dünyalar qədər sevirdim" filmi- <b style="color:red">Həzi Aslanov-103</b>

Bu gün 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.

İkinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. . Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.

24 yanvar 1945–ci ildə Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış, 1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli qoyulmuşdur. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

525.az sizə Həzi Aslanov haqqında çəkilmiş "Sizi dünyalar qədər sevirdim" filmini təqdim edir.
 
Film  Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir. Filmin çəkilişlərində Belorus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər.

 





22.01.2013    çap et  çap et