525.Az

Muarem Azərbaycana qayıdır


 

Muarem Azərbaycana qayıdır<b style="color:red"></b>

“Qarabağ”ın sabiq oyunçusu Muarem Muaremin Türkiyənin “Yeni Malatyaspor” klubuna transferi baş tutmayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda klubun idman direktoru Əli Ravcı məlumat verib.

Qeyd edək ki, “Eskişehirspor”dan ayrılan Muaremin bir neçə gün əvvəl Malatya təmsilçisi ilə razılığa gəldiyi barədə xəbərələr yayılmışdı. Ə.Ravcı bildirib ki, makedoniyalı futbolçunun transferi son anda baş tutmayıb.

“Bu oyunçu Azərbaycanda bir klubla anlaşıb” – deyə Ə.Ravcı bildirib. Lakin həmin klubun adı açıqlanmayıb.

Qeyd edək ki, Muarem Muarem 2012-cü ilin əvvəlindən 2015-ci ilin yayına kimi “Qarabağ”da oynayıb.

 





02.01.2016    çap et  çap et