525.Az

Lahıc yolunda qar uçqunu


 

Lahıc yolunda qar uçqunu <b style="color:red"></b>

İsmayıllı rayonunun Lahıc yolunda, Namazgah kəndi ərazisində qar uçqunu baş verib. Nəticədə yol tamamilə bağlanıb.

Rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev AzərTAc-a bildirib ki, , hazırda əraziyə çoxlu sayda texnika cəlb olunub, yolun açılması istiqamətində iş görülür.

Bildirilib ki, qarın hündürlüyü İsmayıllı şəhərində 45, rayonun şimal hissəsində isə 70-75 santimetrə çatıb. Qarın ağırlığına tab gətirməyən işıq naqillərində problemlər yaranıb. Nəticədə 12 yaşayış məntəqəsində işıqlar tamamilə sönüb, hazırda mütəxəssislər tərəfindən enerjinin bərpası istiqamətində iş aparılır.

 





02.01.2016    çap et  çap et