525.Az

Zülfiyyə Xanbabayeva “ATV”dəki verilişindən niyə ayrıldı?


 

Zülfiyyə Xanbabayeva “ATV”dəki verilişindən niyə ayrıldı?<b style="color:red"></b>

Xalq artisti Zülfiyyə Xanbabayevanın prodüseri Nigar Hacızadə müğənninin "ATV" telekanalında aparıcısı olduğu “Sən və Mən” verilişindən ayrılması haqda yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az saytına açıqlamasında Nigar xanım Zülfiyyə Xanbabayevanın müəyyən işləri ilə əlaqədar Bakını tərk etdiyini bildirib:

“Bu səbəbdən bir müddət verilişdən kənar qalacaq. Zülfiyyə Xanbabayeva hazırda yeni-yeni mahnılar, kliplər və layihələr üzərində çalışır. Bununla belə, onun Bakıya döndükdən sonra yenidən proqramın aparıcısı kimi fəaliyyətinə davam etməsi mümkündür".

 





22.01.2013    çap et  çap et