525.Az

Vüqar Nadirov və Kamran Ağayev rəsmən “İnter”də


 

Vüqar Nadirov və Kamran Ağayev rəsmən “İnter”də<b style="color:red"></b>

Milli komandamızın üzvləri Vüqar Nadirov və Kamran Ağayevin Bakı “İnter”inə keçidi rəsmiləşib.

Klubdan Qol.Az-a verilən məlumata görə, hər iki futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.

Onlar bu gün komanda ilə Antalyaya yollanacaq.

Buna qədər  Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və Dieqo Martinslə yollarını ayıran “bankirlər”  Mirhüseyn Seyidov, Rauf Əliyev, Fuad Bayramov, Nizami Hacıyev, Ruslan Əmircanov, İlkin Qırtımov, Elnur Abdullayev və Denis Silva ilə müqaviləni yeniləyib.

 





04.01.2016    çap et  çap et