525.Az

"Real Madrid"in yeni baş məşqçisi "Barselona" pərəstişkarı olub


 

"Real Madrid"in yeni baş məşqçisi "Barselona" pərəstişkarı olub<b style="color:red"></b>

İspaniyanın "Real Madrid" futbol komandasının yeni baş məşqçisi Zinəddin Zidan vaxtilə "Barselona"nın pərəstişkarı olub.

"Report"un məlumatına görə, yerli mətbuat Zidanın bu vəzifəyə təyinatından sonra video yayımlayıb.

Həmin videoda fransalı veteran futbolçu Kataloniya təmsilçisinə simpatiyasını etiraf edir: "Yuventus" çox güclü komandadır. Uşaq vaxtı İtaliyada "Yuventus", İspaniyada "Barselona" üçün həyəcan keçirirdim".

Qeyd edək ki, Zinəddin Zidan qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib. Zidan "kral klubu" ilə 2018-ci ilədək müqavilə bağlayıb.

Hazırda "Real Madrid" 18 turdan sonra İspaniya çempionatında 37 xalla 3-cü pillədə qərarlaşıb.

 





05.01.2016    çap et  çap et