525.Az

Kriminal xəbərlərə görə MTN lider oldu


 

Kriminal xəbərlərə görə MTN lider oldu <b style="color:red"></b>

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Mərkəz nazirliklerlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 84970 xəbər yerləşdirilib. Bunlardan 81920-i neytral, 614-ü mənfi, 2436-ı isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”:

Milli Təhlükəzsilik Nazirliyi (460 xəbər - nazirliyin ləğv edilməsi),

Maliyyə Nazirliyi (60 xəbər - manat çevrilişinin günahkarı kimi təqdim olunur),

Kənd Təsərrüfatı Nazirliyi (36 xəbər - Baytarlıq idarəsində rüşvət ittihamı).

Müsbət xəbərlər arasında liderlər:

Daxili İşlər Nazirliyi (1385 xəbər – nazirlik qanun pozuntuları aşkar edib),

Fövqəladə Hallar Nazirliyi (329 xəbər - FHN-in yubiley medalı və xidməti uğurla yerinə yetirməsi).

Xəbər sayına görə sıralama: 

Daxili İşlər Nazirliyi                                     11669 xəbər

Müdafiə Nazirliyi                                         10967 xəbər

Fövqəladə Hallar Nazirliyi                            10106 xəbər

Milli Təhlükəzizlik Nazirliyi                           8204 xəbər

Ekologiya Və Təbii Sərvətlər Nazirliyi            6836 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6627 xəbər dərc edilib. Bu xəbərlərdən 6618  xəbər neytral, 20 xəbər mənfi, 89 isə müsbət xəbərdir. Qəzetlərdə bütün mənfi xəbərlər Azərbaycan Respublikası Milli Təhlükəzizlik Nazirliyinə məxsusdur. Müsbət xəbərlər arasında isə lider Daxili İşlər Nazirliyidir (72 xəbər - nazirlik qanun pozuntuları aşkar edib).

Xəbər sayına görə sıralama:

Daxili İşlər Nazirliyi                                               934 xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi            778 xəbər

Müdafiə  Nazirliyi                                                  647 xəbər

Fövqəladə Hallar Nazirliyi                                       489 xəbər

Təhsil  Nazirliyi                                                      460 xəbər

Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 2199 xəbər göstərilib. Bu xəbərlərdən 2180 xəbər neytral, 13 xəbər müsbət, 6 xəbər isə mənfi xəbərdir. 

Fövqəladə Hallar Nazirliyi                                                                406 xəbər

Təhsil  Nazirliyi                                                                                 196   xəbər

Daxili İşlər Nazirliyi                                                                           189  xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi                                     188  xəbər

Milli Təhlükəzizlik Nazirliyi                                                                159 xəbər

 





05.01.2016    çap et  çap et