525.Az

Beynəlxalq təşkilatlar antiislam filmi tənqid ediblər


 

Beynəlxalq təşkilatlar antiislam filmi tənqid ediblər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu, Aİ-nin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton, Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Nabil əl-Ərəbi və Afrika İttifaqının sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Ramtan Lamamra birgə bəyanatla çıxış ediblər.

Trend-in məlumatına görə, bu barədə cümə günü İƏT-in məlumatında deyilir. Bəyanatda antiislam film və dünyanın müxtəlif ölkələrində insanların həlak olmasına gətirib çıxaran cavab qarşıdurmalar tənqid olunub.

Qeyd edilib ki, nifrət və dini dözümsüzlük demokratiyanın və söz azadlığının təzahürü deyil.

Beynəlxalq təşkilatların nümayəndələri bütün dini dəyərlərə hörmət etməyə, peyğəmbərlərin, yaxud bu və ya digər dinə məxsus müqəddəs şəxsiyyətlərin təhqir etməməyə çağırıblar.
 





21.09.2012    çap et  çap et