525.Az

Bakıda yataqxanada yanğın


 

Bakıda yataqxanada yanğın <b style="color:red"></b> Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin yaxınlığında, Elşad Məmmədov, 148 ünvanında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
"Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində qeydə alınıb. Sakinlərin hamısı təxliyə edilib.
 
Yanğın zamanı bir qadın tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ümumilikdə 15 kvadratmetrlik ərazi yanıb.

Yanğının başvermə səbəbləri bəlli deyil.
 





05.01.2016    çap et  çap et