525.Az

Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib


 

Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib<b style="color:red"></b> Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib.
 
525.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisələrdən biri Bakı Sağlamlıq Mərkəzində qeydə alınıb.
 
Mərkəzdə təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşdiyindən həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb.

Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.
 
Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında baş verib. 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.
 
Məlumata görə, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub.
 
Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onu xilas etmək mümkün olmayıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 





05.01.2016    çap et  çap et