525.Az

Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib


 

Məhkəmə ANS-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib<b style="color:red"></b> Səbail rayon Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin şikayəti təmin edilməyib. MTRŞ-nın çıxardığı qərar qüvvəsində saxlanılıb.
 
Qeyd edək ki, ötən il oktyabrın 5-də MTRŞ ANS televiziyasında yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində reklam haqqında qanunvericiliyin tələbələrinin pozulmasını əsas gətirərək 09/3 saylı qərar qəbul edib. Həmin qərarda ANS-in cərimələnməsi nəzərdə tutulub.

Qərarla razılaşmayan şirkət isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib.
 





06.01.2016    çap et  çap et