525.Az

“Türk Hava Yolları”ndan Bakı-İstanbul-Bakı istiqamətində qiymətlərə endirim


 

“Türk Hava Yolları”ndan Bakı-İstanbul-Bakı istiqamətində qiymətlərə endirim<b style="color:red"></b>

“Türk Hava Yolları” aviaşirkəti tərəfindən yanvarın 15-dən martın 31-dək Bakı-İstanbul-Bakı istiqamətində uçuşlara yeni endirimli qiymətlər elan olunub.

“Türk Hava Yolları”nın Bakıdakı rəsmi nümayəndəliyindən 525.az-a verilən məlumata görə, endirimli qiymətlər Bakıdan İstanbulun hər iki aeroportuna (Atatürk ve Sabiha Gökçen) həyata keçirilən uçuşlara tətbiq olunur.
 
Gediş-gəliş səyahəti üçün vergilər daxil olmaqla ümumi qiymət 159 avro təşkil edir. Bu kampaniya ilə həyata keçiriləcək uçuşlar yanvarın 5-dən 24-dək olan biletlərə şamil edilir.

Qeyd edək ki, kampaniyada bir sərnişin üçün nəzərdə tutulan ödənişsiz baqajın çəkisi 30 kiloqram müəyyən edilib.

Kampaniya və xüsusi qaydalar haqqında ətraflı məlumat almaq istəyənlər şirkətin rəsmi veb saytı www.turkishairlines.com, (012) 404-88-49 nömrəli çağrı mərkəzi, THY ofisi və səlahiyyətli turizm agentliklərinə müraciət edə bilərlər.

Cavid QƏDİR

 





06.01.2016    çap et  çap et