525.Az

Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib


 

Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib<b style="color:red"></b> Quba-Xınalıq yolunda kəskin hava şəraitinə baxmayaraq “Azəryolservis” ASC-nin sözügedən əraziyə cəlb edilmiş ağır texnikasının köməyi və əməkdaşlarının gərgin əməyi nəticəsində çovğun zamanı yola yığılmış böyük qar kütləsi ötən gün axşam saatlarında bütövlükdə təmizlənib.
 

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
 
Buna baxmayaraq, hər an qar uçqunu təhlükəsi olduğu üçün sürücülərdən ehtiyatlı olmaq xahiş olunur.
 





07.01.2016    çap et  çap et