525.Az

XİN:Bütün Azərbaycan vətəndaşları Suriyadan çıxarılıb


 

XİN:Bütün Azərbaycan vətəndaşları Suriyadan çıxarılıb<b style="color:red"></b> Konsulluq qeydiyyatında olan bütün Azərbaycan vətəndaşları Suriyadan çıxarılıb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, Azərbaycanın Suriyadakı səfirliyi Livanın paytaxtı Beyruta köçürülsə də, orada baş verən hadisələri yaxından izləyir: “Suriyada yaşayan bütün Azərbaycan vətəndaşları həmin ölkədən çıxarılaraq öz istəkləri ilə Azərbaycan, Rusiya və ya Avropaya göndərilib”.

Xatırladaq ki, 2011-ci ilin martından Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində indiyədək 60 min nəfər həlak olub.
 





23.01.2013    çap et  çap et