525.Az

Neftin qiyməti antirekordları yeniləməkdə davam edir


 

Neftin qiyməti antirekordları yeniləməkdə davam edir<b style="color:red"></b> London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 4% azalaraq 33 dollardan aşağı düşüb.
 
"APA-Economics"in məlumatına görə, hazırda Brent markalı neftin bir bareli 32,81 dollara satılır. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar azalaraq 32,55 dollar təşkil edib.
 
Neftin ucuzlaşmasına Çin bazarında vəziyyət və ABŞ-ın neft ehtiyatlarının artması səbəb olub.
 





07.01.2016    çap et  çap et