525.Az

Mərkəzi Bank bu gün hərracda 50 mln. dollar satıb


 

Mərkəzi Bank bu gün hərracda 50 mln. dollar satıb<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, yanvarın 7-də mütəşəkkil banklararası bazarda keçirdiyi valyuta hərracında 50 mln. ABŞ dolları satıb. Bununla da bankların cari tələbinin təxminən 20%-nin qarşılandığı bildirilir.

"Report" xəbər verir ki, hərracdan dərhal sonra nağd dolların alış-satış məzənnəsi 1,65-1,70 AZN/USD-dən 1,75-1,80 AZN/USD-yə qədər yüksəlib. Hazırda satışın 1,80-dən həyata keçirildiyi bildirilir.

"Bank dairələrindən verilən məlumata görə, sabah AMB-nin hərrac keçirməyəcəyi bildirilir. Belə olarsa, həftə sonu nağd dolların satış məzənnəsinin 2,00 AZN/USD-yə qədər yüksəlmə ehtimalı yaranır", - deyə "Report"un analitikləri vurğulayıb.

 





07.01.2016    çap et  çap et