525.Az

Nazirin qardaşı oğlu işdən çıxarıldı


 

Nazirin qardaşı oğlu işdən çıxarıldı<b style="color:red"></b>

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb.

Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

 





08.01.2016    çap et  çap et