525.Az

Adil Cəmildən prezidentə minnətdarlıq məktubu


 

Adil Cəmildən prezidentə minnətdarlıq məktubu<b style="color:red"></b>

"Ədəbiyyat qəzeti"nin baş redaktor müavini, filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı ilə təltif olunması ilə əlaqədar Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Məktubda deyilir: 

"Möhtərəm cənab Prezident! 30 dekabr 2015-ci ildə Azərbaycanın bir qrup mədəniyyət xadiminə verdiyiniz fəxri adlarla bağlı Sərəncamda mən də öz adımı görəndə ürəkdən sevindim. Qırx ilə yaxın müxtəlif mətbuat orqanlarında çalışmağımın bir dəyəri kimi mənə verdiyiniz Əməkdar jurnalist fəxri adı təqvimi bayramlar öncəsi ailəmizin məxsusi bayramına çevrildi. Ulu öndərimiz Heydər Əliyevin söz-sənət adamlarına xüsusi diqqət və rəğbət ənənəsi bu gün Sizin şəxsinizdə yüksək səviyyədə davam etdirilir.

2015-ci ildə Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə geniş heyətdə bir qrup həmkarımın fəxri adla, fərdi təqaüdlə təltif olunması, mənzillə təmin olunması yuxarıda vurğuladığım diqqət və rəğbətin bariz nümunəsidir.
 
Təbii ki, dövlət səviyyəsində belə qayğılar yaradıcı insanların qarşısında yeni üfüqlər açmaqla bərabər onların peşə məsuliyyətini daha da artırmış olur.

Hörmətli cənab Prezident! Mən öz adımdan, ailəm, doğmalarım, dostlarım adından Sizə dərin minnətdarlığımı və yüksək ehtiramımı bildirirəm.

Tanrı Sizi qorusun!"

 





08.01.2016    çap et  çap et