525.Az

Taxıl Kombinatının direktoru öldürüldü


 

Taxıl Kombinatının direktoru öldürüldü<b style="color:red"></b> Bakıda daha bir qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
 
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
 
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
 





08.01.2016    çap et  çap et