525.Az

Bu şənbə "525-ci qəzet"də - ANONS


 

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

Bu şənbə "525-ci qəzet"də - <b style="color:red">ANONS</b>

- “Ədəbi yuxular”ın aydınlığı" - Ədəbiyyatşünas və tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin kitabda “Önsöz yerinə” verilmiş “Ədəbi yuxular”ın aydınlığı” yazısını oxucularımıza təqdim edirik;

- "Sağlıq" - Yazıçı Kamal Abdulladan yeni hekayə;

- "Beatriçdən sonra birinci yüz il" - Gənc şair Ramil Əhməd məşhur yazıçı Amin Maaloufun eyniadlı romanından yazır;

- Əhməd Qəşəmoğlunun şeirləri;

- "Qələmlə yaxılmış rənglər, yaxud yaddaşlardan silinməyən Səməd Mənsur hikmətləri" - İntiqam Mehdizadə "Duyğular" silsiləsində şair Səməd Mənsurun həyat və yaradıcılığından söz açır;

- Əli Heydər Haqsal: “Bütün yazılanlar Nəcib Fazilin kölgəsində qaldı” - Xanəmir türkiyəli yazarla söhbətləşir;

- "Hikmət Sabiroğlunun 50 yaşına sözardı" - Fəxri Uğurlu yazır;

- "Şahmat dünyası və ilahə Kaissanın kahinləri" - Siyasi xadim və yazıçı Telman Orucov bu qədim Şərq oyununun tarixindən söhbət açır;

- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;

- "Ağdamda nəyim qaldı?" - Əli Əmirlinin avtobioqrafik romanını hissə-hissə oxuculara təqdim etməkdə davam edirik;

- “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - Bədirxan Əhmədli Əli bəy Hüseynzadə irsindən silsilə araşdırmaları davam etdirir;

- "İstedadın üfüqləri və yaxud sənətkar cəngavərliyi" - Ramiz Məmmədzadədən Xalq yazıçısı Elçinin “Baş” romanı haqqında mülahizələr;

- "Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları" - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüsdən məxsusi olaraq "525-ci qəzet" üçün yazır;

- Gündüz İsmayılov: “Ədalətli ol, yaltaqlıq etmə” - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavininin müsahibəsi;

- Zərifə Əlizadə: “Azərbaycan mədəniyyətinin Balkanlarda daha geniş təbliğinə çalışırıq”;

- "Bern görüşü prezidentləri dialoqun vacibliyinə inandıra bilmədi" - Politoloqlar şərh edir;

- Vergilər Nazirliyi: “Spirtli içkilərin plastik kartlarla satışı üçün Azərbaycanda lazım olan hər bir şərait mövcuddur”;

ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;

- və s.

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

 





08.01.2016    çap et  çap et