525.Az

Tovuzda ana və övladı doğuş zamanı ölüb


 

Tovuzda ana və övladı doğuş zamanı ölüb<b style="color:red"></b> Tovuzda ana və övladı doğuş zamanı ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 21 yaşlı Lalə Abbasova 3 gün əvvəl doğuş üçün Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Əməliyyat edilən ananın övladı ölü doğulub. Əməliyyatdan 3 gün sonra isə ana dünyasını dəyişib.
 
L. Abbasova sonuncu doğuşa kimi 2 qız övladı dünyaya gətirib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 





09.01.2016    çap et  çap et