525.Az
Pirallahıda uşaq sanatoriyasında yanğın
Bakının Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “Samsung” markalı kondisioner əriyib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
09.01.2016
çap et