525.Az

Dünyada ilk sərnişinli pilotsuz uçan aparat - Video


 

Dünyada ilk sərnişinli pilotsuz uçan aparat - <b style="color:red">Video</b>

Çinin "Ehang" şirkəti Las-Veqasda keçirilən "CES" sərgisində sərnişinlərin daşınması üçün nəzərdə tutulan ilk pilotsuz uçan aparatı təqdim edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Quançjoudan olan istehsalçının məlumatına görə, "Ehang 184" elektrik kvadrokopteri 100 kq-a qədər çəkisi olan sərnişini daşıya bilər və yerdən 300-500 metr hündürlükdə uçuşlar üçün nəzərdə tutulub. Aparat dörd vintlə təchiz olunub və saatda 100 km sürət yığmağa qadirdir. Uçuşun maksimal hündürlüyü 3,5 min metrə çatır.

"Ehang" şirkətinin həmtəsisçisi və baş maliyyə direktoru Şan Sou bildirib ki, pilotsuz uçan aparat artıq bu il satışa buraxılmalıdır, onun qiyməti təxminən 200-300 min dollar təşkil edəcək.

 





09.01.2016    çap et  çap et