525.Az

İqtisad Universitetində “Açıq qapı” günü


 

İqtisad Universitetində “Açıq qapı” günü<b style="color:red"></b> Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib.

Universitetdən 525.az-a verilən məlumata görə, “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən ilk “Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov ictimaiyyət nümayəndələri, tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib.
 
Rektor daxil olan təklif və iradların operativ araşdırılıb tədbir görülməsi ilə bağlı məsul şəxslərə  müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib.
 
Qış imtahan sessiyasının ilk “Açıq qapı” günündə 45 nəfərin müraciətinə baxılıb.
 
UNEC-də qış imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri keçiriləcək. Bundan başqa, imtahanlarda obyektivliyin və şəffaflığın qorunması məqsədilə bütün tədris binalarında qərargahlar yaradılıb.
 
Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri araşdırır.

Cavid QƏDİR
 





09.01.2016    çap et  çap et