525.Az

"Gangnam Style" "YouTube" rekordlarını qırır


 

"Gangnam Style" "YouTube" rekordlarını qırır<b style="color:red"></b>

"Google"un maliyyə direktoru Nikeş Arora "Gangnam Style"ın "Youtube"da 8 milyon dollarlıq reklam gəliri əldə etdiyini bildirib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Youtube"un videodan əldə etdiyi gəlirin bir hissəsini PSY ilə bölüşəcəyi bildirilib.

"Youtube" dekabr ayında videonun iyul ayından bəri 1 milyard 382 min 639 dəfə izləndiyini bildirmişdi.

"Gangnam Style" bir müddət əvvəl 18 yaşlı kanadalı müğənni Casten Biberin "Baby" adlı mahnısını geridə qoyaraq "Youtube"un ən çox izlənən videosu olub.

Adını Cənubi Koreyanın paytaxtı Seulun bir bölgəsindən alan "Gangnam Style" "Youtube"da 12 milyon 141 min 758 dəfə bəyənilərək rekord qazanıb.

"Gangnam Style" "ən bəyənilən video" olaraq Ginnesin Rekordlar Kitabına da girib.

 





23.01.2013    çap et  çap et