525.Az

“Qobustan” jurnalının növbəti sayı çıxıb


 

“Qobustan” jurnalının növbəti sayı çıxıb<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanı olan “Qobustan” sənət toplusunun növbəti, 2015-ci il üçün sonuncu - dördüncü sayı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, sənət toplusunun budəfəki buraxılışının ilk səhifələrində yenə də baş redaktor Vaqif Əlixanlının “Qırx sətir” yazısı yer alıb.

Toplunun əvvəlki səhifələrində türk dünyasının müdriki Mövlana haqqında yazı dərc olunub.

Yazıçı-publisist Esmira Nəzərlinin Xalq artisti Nuriyyə Əhmədovanın “Yazılmayan məktub...”, “Yurd yeri” rubrikasında isə Ramilə Qurbanlının “Cəbrayıl hekayətləri...” yazıları yer alıb.

Nəşrin bu nömrəsində mərhum şair Ələkbər Salahzadə adına poeziya müsabiqəsinin qaliblərinin şeirləri dərc edilib.

Jurnalın son səhifələrində Stiven Kinnqin “Yazı sənəti” əsəri ingiliscədən Kazım Səlimovun tərcüməsində təqdim olunub. Həmçinin, baş redaktorun “Haqqı-nahaqdan ayıran çəpər...” analitik yazısı yer alıb.

 





09.01.2016    çap et  çap et