525.Az
Xırdalanda yanğın: 5-i azyaşlı olmaqla, 25 nəfər təxliyə olundu
Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.
525.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
10.01.2016
çap et