525.Az

“Azərbaycan folklorşünasları (1920-1950)” kitabı işıq üzü gördü


 

“Azərbaycan folklorşünasları (1920-1950)” kitabı işıq üzü gördü<b style="color:red"></b> Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” kitabı işıq üzü görüb.

AMEA-dan APA-ya verilən xəbərə görə, tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiv və totalitar rejim şəraitində göstərdiyi fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib:

“Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azər­bay­can folk­lorşünaslıq elminin tarixinin, onun diqqətdən kə­narda qalmış bir çox məsələlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
 
Yeni nəşr bu sahədə çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.
 
"Elm" nəşriyyatında çap olunan kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, rəyçiləri prof. Kamran Əliyev və fil.ü.e.d.Seyfəddin Rzasoydur.
 





11.01.2016    çap et  çap et