525.Az

Türkiyə səfirliyindən başsağlığı


 

Türkiyə səfirliyindən başsağlığı<b style="color:red"></b> Türkiyənin Azərbaycandakı səfirliyi xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.
 
Bu barədə APA-ya səfirlikdən bildirilib.

“Azərbaycanın yetişdirdiyi məşhur xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini eşitdik.

Ona Allahdan rəhmət, ailəsinə, sevənlərinə və Azərbaycan xalqına başsağlığı diləyirik”, - deyə başsağlığı mesajında qeyd olunur.
 
Xatırladaq ki, yanvarın 9-da Azərbaycan xalq şairi Zəlimxan Yaqub dünyasının dəyişib.
 





11.01.2016    çap et  çap et