525.Az

Məlumat Hesablama Mərkəzinin direktoru və müavini işdən çıxarılıb


 

Məlumat Hesablama Mərkəzinin direktoru və müavini işdən çıxarılıb<b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov tutduğu vəzifədən uzaqlaşdırılıb.
 
Bu barədə "APA-Economics"ə MHM-dən məlumat verilib.
 
Bildirilib ki, N. Mərdanovla yanaşı onun müavini Nazim Mədətov da işdən çıxarılıb.
 
N. Mədətovun yerinə Elnar Əsədov təyin olunub. E. Əsədova eyni zamanda MHM-in direktoru vəzifəsinin müvəqqəti icrası təmin olunub.
 





11.01.2016    çap et  çap et