525.Az

OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək


 

OPEK neftin hazırkı qiymətinə görə fövqəladə toplantı keçirəcək<b style="color:red"></b>

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) martın əvvəlində fövqəladə toplantı keçirəcək.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu OPEK-in sədri, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikva bildirib.

Onun sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd qiymət siyasətini və fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməkdir. Görüş OPEK-ə üzv olan bir neçə dövlətin müraciəti əsasında keçiriləcək.

Təşkilat sədri deyib ki, dünya bazarında neftin hazırkı qiyməti görüşün keçirilməsini zəruri edib. 

 





12.01.2016    çap et  çap et