525.Az

İstanbuldakı partlayışda yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur


 

İstanbuldakı partlayışda yaralılar arasında Azərbaycan vətəndaşı yoxdur<b style="color:red"></b>

"Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur".

Bu barədə "Report"a Azərbaycanın İstanbuldakı baş konsulluğundan məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulda Sultanahmet meydanında törədilən terror aksiyası nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Terroru 1988-ci il təvəllüdlü Suriya vətəndaşının törətdiyi müəyyən edilib.

 





12.01.2016    çap et  çap et