525.Az

İtkin düşmüş neftçinin meyiti ailəsinə təhvil verildi


 

İtkin düşmüş neftçinin meyiti ailəsinə təhvil verildi<b style="color:red"></b> Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Azərbaycana gətirilib.
 

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən məlumata görə, dünən cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş nazirliyin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb.
 
Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilərək aidiyyəti üzrə təhvil verilib.
 
Mərhumun dəfn mərasimi bu gün Tovuz rayonunun Aşağı Mülkülü kəndində keçiriləcək.
 
Qeyd edək ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
 





13.01.2016    çap et  çap et