525.Az

Qusarda avtobus qəzası:10 nəfər xəsarət aldı


 

Qusarda avtobus qəzası:10 nəfər xəsarət aldı<b style="color:red"></b>

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qusar-Xudat yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Qusar sakini Zöhrabey Yüzbəyovun idarə etdiyi Qusar-Yuxarı Zeyxur marşrutu ilə hərəkət edən sərnişin avtobusu Xudat sakini Rüfət İlyasovun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 10 nəfər xəsarət alıb.

Yol qəzasının baş verməsinə səbəb ilkin versiya olaraq yolun buzlu olması göstərilir. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.

 





13.01.2016    çap et  çap et