525.Az

Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı artır


 

Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı artır<b style="color:red"></b> Ermənistanda “donuz qripi”ndən daha bir ölüm faktı qeydə alınıb.
 
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Erebuni tibb mərkəzində 57 yaşlı Astxik Manvelyan virusdan ölüb.

Xəstəxananın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şuşan Unanyan isə bildirib ki, ölən qadın şəkərli diabet xəstəsi olub.

Qeyd edək ki, bununla da Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 11-ə çatıb.
 





14.01.2016    çap et  çap et