525.Az

Təhsil Problemləri İnstitutu hesabat verdi


 

Təhsil Problemləri İnstitutu hesabat verdi<b style="color:red"></b>

Təhsil Problemləri İnstitunda (TPİ)  2015-ci ildə  aparılan təqdiqatların yekunlarına dair müzakirələrə başlanılıb.

İnstitutdan verilən məlumata görə, TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov elmi-tədqiqat institutu olaraq 2015-ci ilin illik fəaliyyət planında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi haqda iştirakçıları məlumat verib. Bildirib ki, müasir dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər aparılır. Struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Bu məsələlərin başlıca tələblər kimi "Azərbaycan Republikasında təhsil sahəsində İslahat Proqramı"nda, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapdığını vurğulayıb. Qulu Novruzov, bu gün ölkəmizdə təhsilin normativ-hüquqi bazasının xeyli təkmilləşdirilməsi, maddi-texniki təminat, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı mühüm əhəmiyyət kəsb edən geniş tədbirlərin həyata keçirildiyini qeyd edib.

Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin 2015-ci ildəki elmi fəaliyyətinə dair hesabatı dinlənilib. Hesabatda bu şöbənin 13 elmi əməkdaşla (1 nəfər şöbə müdiri, 1 nəfər aparıcı elmi işçi, 6 nəfər böyük elmi işçi, 4 elmi işçi və 1 baş laborant ilə birlikdə) 1 istiqamətdə (Təhsildə monitorinq və qiymətləndirmə), 1 problem (Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi) üzrə 20 mövzuda fəaliyyətə başladığı qeyd olunub. Aparılan tədqiqatların nəticələrindən danışılıb. Eyni zamanda tədqiqat işi ilə əlaqədar Bakı şəhəri 27, 46, 49, 52, 53, 55, 99, 111 və 132-134, 189-190 nömrəli tam orta məktəblərdə, Humanitar liseydə, Elitar gimnaziyada və Şabran şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə, Qusar şəhər 1 nömrəli, Qusar rayonu Balaqusar kənd tam orta məktəbdə müvafiq fənlər üzrə (Azərbaycan dili və ədəbiyyat, xarici dil, Azərbaycan tarixi və ümumi tarix, fizika, biologiya və texnologiya fənləri üzrə) şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi məqsədilə, fənn kurikulumları tətbiq olunan siniflərdə 105 dərs dinlənildiyi, həmin siniflərdə dərs deyən 145 nəfər müəllimlə anket sorğusunun keçirildiyi, 3426 nəfər şagirdlə test sorğusunun keçirildiyi bildirilib. Aparılan tədqiqat işlərinin nəticələrinin pedaqoji ictimaiyyətə çatdırılması məqsədilə hesabat dövründə şöbə əməkdaşlarının 23 adda metodik tövsiyə, dərslik, müəllim üçün vəsait, jurnal məqaləsi və tezisinin çap olunduğu, ümumi orta və tam orta təhsil pilləsində tədris olunan fənlər üzrə 8,0 ç.v.həcmində hazırlamış proqram materiallarının təxmini planlaşdırılma nümunələrinin "Təhsil problemləri" qəzetində dərc edildiyi vurğulanıb.

Yanvarın 12-də isə ARTPİ-nin Əlavə Təhsilin Kurikulumu şöbəsinin hesabatı dinlənilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun "Fəaliyyət Planı"-nın icrası üzrə Təhsil Nazirliyinin "Tədbirlər Plan"-ında öz əksini tapan onlarla tədbirin həyata keçirilməsi haqda məlumatlar Əlavə Təhsilin Kurikulumu şöbəsinin hesabatında xüsusi qeyd olunub.

Müzakirələr elmi işçilərin hesabatlarının dinlənilməsi ilə davam edib.

Vəfa MƏMMƏDLİ

 





14.01.2016    çap et  çap et