525.Az

YUĞ Teatrının binası söküləcək


 

YUĞ Teatrının binası söküləcək<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi YUĞ Dövlət Teatrının binasının söküləcəyini təsdiqləyib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir və aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarovküçəsi,83) binasının da sökülməsi nəzərdə tutulub:

"Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir.

Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək".

Nazirlikdən bildirilib ki, “Yuğ” Teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.

Cavid QƏDİR

 





14.01.2016    çap et  çap et