525.Az

AXCP üzvünə 7 sutkalıq həbs cəzası verildi


 

AXCP üzvünə 7 sutkalıq həbs cəzası verildi<b style="color:red"></b> Bu gün Nərimanov rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Hüquqşünas Samirə Ağayevanın APA-ya verdiyi məlumata görə, T. İbrahim 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, T. İbrahim ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.
 
O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilir. Lakin T. İbrahim ittiham üzrə özünü təqsirli bilmir.
 





14.01.2016    çap et  çap et