525.Az

Avropanın ən qədim ayaq protezi


 

Avropanın ən qədim ayaq protezi<b style="color:red"></b>

Avstriyanın Karintiya əyalətində Hemmaberq qəsəbəsində aparılan arxeoloji qazıntılar zamanı Avropada ən qədim ayaq protezi aşkarlanıb.

Avstriya Arxeologiya İnstitutunun alimləri kilsə kompleksi ərazisində eramızın VI əsrinə aid qəbirləri tədqiq edərkən, bir skeletin topuqdan aşağı hissəsinin olmaması və həmin nahiyədə bir cismin qalıqları onlarda böyük marağa səbəb olub.
 
Aparılan araşdırmaların nəticələrini beynəlxalq paleopatologiya jurnalında dərc etdirən alimlər ağac materialından olan həmin cismin ayaq protezi olduğunu və uzun illər istifadə edildiyini sübuta yetiriblər.

İndiyədək oxşar və daha qədim dövrlərə aid protezlər Çin və Misirdə tapılsa da, bu tapıntı Avropada ilk tibbi protez sayılır. Skeletin çiyin və qol hissələrində spesifik artroz əlamətləri həmin şəxsin eyni zamanda qoltuq ağacından istifadə etdiyini və dövrünün tibbi imkanlarından yüksək səviyyədə yararlandığını göstərir.

Eramızın V-VI əsrlərində Avstriyanın cənub bölgəsi Bizans İmperiyasının, sonra isə frank tayfalarının nəzarətində olub. Protezin illərlə istifadə edilməsi və qəbirdə aşkarlanmış silahlar həmin şəxsin yüksək statuslu şəxs olduğuna dəlalət edir.

AzərTAc

 





14.01.2016    çap et  çap et